Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Tribunaonfo.az -ın məlumatına görə, günün ilk matçında “Sabah” “Kəpəz”lə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda reallaşan qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Gəncə klubunun heyətində 36-cı (pen.), 45-ci və 76-cı dəqiqələrdə Adama Niane fərqlənib. Qonaqlarda 14-cü dəqiqədə Vinsent Til, 23-cü dəqiqədə Cesse Sekidika, 39-cu dəqiqədə Emmanuel Apeh, 89-cu dəqiqədə Amin Seydiyev adını tabloya yazdırıb.
“Sabah” 1/4 finalda “Qarabağ” – MOİK cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, günün ikinci görüşündə “Sumqayıt” “Karvan”ı qəbul edəcək. Bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.