Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
TİA.AZ-ın məlumatına görə, “Kəpəz” ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu “Keşlə”ni qəbul edib. Gərgin və maraqlı keçən qarşılaşmada gəncəlilər yenə də uduzublar – 2:3.
Günün digər matçında isə “Neftçi” ilk oyunda minimal hesabla məğlub olduğu “Zirə”ni qəbul edəcək.
1/4 finalın digər oyunları – “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları isə sabah keçiriləcək.