backend

Azərbaycan Kubanın neft layihələrində iştirak edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika körfəzinin Kubaya məxsus hissəsində tədqiq edilməmiş neft yataqları var və Azərbaycan şirkətləri həmin yataqların işlənməsi prosesində iştirak edə bilər. 

Meksika körfəzinin Kubaya məxsus hissəsində tədqiq edilməmiş neft yataqları var və Azərbaycan şirkətləri həmin yataqların işlənməsi prosesində iştirak edə bilər.

TİA.AZ xəbər verir ki, bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir bildirib ki, energetika sahəsində ixtisaslaşmış Azərbaycan şirkətləri Kubanın enerji layihələrində müstəqil olaraq, eləcə də beynəlxalq konsorsiumların tərkibində iştirak edə bilərlər.

Diplomatın sözlərinə görə, Kuba eləcə də Azərbaycanın ali məktəblərində, xüsusən energetika sahəsi üzrə öz kadrlarının təhsil alaraq ixtisaslaşmasında maraqlıdır.