Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırıldı

Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna XV turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının (5:4) fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.

“Baku Fire” kollektivinin qapıçısı Kamran Hacıyev isə 30-cu dəqiqədə qeyri-idman hərəkətinə görə 2-ci sarıdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.