Azərbaycan kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 65 yaşına qədər kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısındadır
 

Azərbaycan 65 yaşına qədər kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısındadır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Dünya Bankı məlumat verir.

Rusiya 65 yaşına qədər kişilərin ölmə faizinin yüksək olduğu Avropa ölkələrinin siyahısında birinci yerdədir. Dünya Bankının məlumatına əsasən, Rusiyada kişilərin 43%-i 65 yaşına çatmamış ölür.

Qeyd edilən siyahının ilk beşliyində müvafiq olaraq Ukrayna, Belarus Respublikası, Moldova və Litvanın adı çəkilir.

Kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısında ilk on ikiliyə isə müvafiq olaraq Gürcüstan, Azərbaycan, Bolqarıstan, Macarıstan, Ermənistan, Estoniya daxil edilib.

Avropada kişi ölümünün ən aşağı göstəriciləri  İslandiya və İsveçrədədir.

Dünya Bankının məlumatları BMT-nin 2017-ci ildə əhalinin sayının tədqiqatına əsaslanır.