Azərbaycan Karate Federasiyasının “KWU-WFKF Azərbaycan birliyi”nin ümumi yığıncağı təşkil olunub. FHN-in İdman Sağlamlıq Klubunda keçirilən hesabat-seçki xarakterli tədbirdə “KWU-WFKF Azərbaycan birliyi”nin İdarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi ilə bağlı səsvermə baş tutub. Səsvermə ilə Ramin Əsədov Ənənəvi Karate Federasiyası, “KWU-WFKF Azərbaycan birliyi”nin prezidenti seçilib. Birliyin “Fəxri prezidenti” vəzifəsinə AKF-in vitse-prezidenti Füzuli Musayev seçilib. Daha sonra təşkilatın vitse-prezidentləri seçilib. Bu vəzifəni AKF-in Baş katibi Qabil Sayadov, “Təbib” idman klubunun rəhbəri Qələndər Aslanov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının təsisçisi Teyyub Əzizov və Beynəlxalq Kenbukay təşkilatının Azərbaycandakı nümayəndəsi Ruslan Abbasov icra edəcəklər. Daha sonra nümayəndəliyin İdarə heyətinin üzvləri və Nəzarət-Təftiş Komissiyası müəyyənləşib.
Bugün həmçinin “KWU-WFKF Azərbaycan birliyi”nin İdarə heyətinin ilk iclası keçirilib. İclasın yekunlarına əsasən nümayəndəliyin Baş katibi vəzifəsinə Həmdiyyə Məmmədov təyin edilib.