Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qarabağda baş verənlərə münasibət bildirib.
“Bu gün nə baş verir?
Azərbaycan nəhayət, öz ərazilərini geri alır. Ermənistan bir əsrlik rus əsarətindən azad olarkən, Ukrayna hərbi və diplomatik cəbhədə uğurlu irəliləyişlər əldə edir. Gürcüstan isə nəhayət nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də öz dövlət müstəqilliyini itirir. Hərəkət etmək vaxtıdır!”, – Saakaşvili qeyd edib.