Məlum olduğu kimi, Azərbaycan və İran Aslandüz məntəqəsində birgə təlimlər keçirlər. Tribunainfo.az xəbər verir ki, həmin təlimlər 4 gün davam edəcək və əsasən xüsusi təyinatlıların iştirakı ilə reallaşır.
”Tabnak” saytı isə bu hadisənin əlamətdər olduğunu və iki ölkə arasında münasibətlərə ciddi yardım edəcəyini qeyd edib. Sayt yazıb ki, İran və Azərbaycan arasında hərbi təlim taktiki koordinasiya ilə məhdudlaşa bilər. “Lakin onun davam etdirilməsi ikitərəfli münasibətlərin qurulması istiqamətində bir addım ata bilər”.
İran nəşri hesab edir ki, İran və Azərbaycanın birgə hərbi təlimi mühüm hadisədir. “Ali dini rəhbərin Cənubi Qafqazla bağlı apardığı müdrik siyasəti İranın bölgədə möhkəmlənməsini göstərir. İran ilə Azərbaycan arasında qardaşlıq və mehriban qonşuluq münasibətləri gündən-günə artır”.
Əksər iranlı ekspertlər də hesab edirlər ki, bu təlimlər iki ölkə arasında bir sıra problemlərin aradan qaldırılması üçün zəmin yaradacaq.