AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ NORMALLAŞIR?

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ NORMALLAŞIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla İran arasında bir müddətdir davam edən gərginlikdə yumşalma müşahidə olunur. İki ölkə arasında buzlar əriməkdədir.

Tribunainfo.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərlinin verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət dövriyyəsi 212 milyon 612 min ABŞ dolları olub. Beş ayda Azərbaycandan İrana 7 milyon 558 min, İrandan Azərbaycana isə 205 milyon 53 min ABŞ dolları dəyərində məhsul ixrac olunub:

“Bizim İrana ixracımız 2022-ci ilin eyni dövrü ilə müqaisədə 2,1 dəfə azalıb, İranın Azərbaycana ixracı isə 13% artıb. Bizim ixrac ona görə azalıb ki, satmağa neft-qazdan başqa heç nəyimiz yoxdur”.

Həmçinin İran mediasında son bir neçə gündə maraqlı bir tendensiya müşahidə olunur. Jurnalist Fikrət Fərəməzoğlu yazıb ki, əvvəllər Qarabağdakı separatçıları separatçı kimi deyil, “tanınmamış” və bu səpkidə təqdim edirdilərsə, son bir neçə gündə İran mediası separatçıları elə “Qarabağdakı separatçılar” şəklində təqdim etməyə başlayıb.