“Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq. Bilirsiniz ki, Ermənistan razılaşdırılmış maddələrlə sülh müqaviləsi bağlamağı təklif edib. İnanırıq ki, razılaşdırılmış maddələrlə mövcud problemlərin bir qismini həll edəcəyik. Digər hissəsini isə növbəti mərhələlərdə müzakirə edəcəyik”. Tribunainfo.az xəbər verir ki, bu sözlər Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana məxsusdur.
Ermənistan rəsmisi Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair ehtimallara da toxunub. O, belə bir halın olmasına dolayısı ilə inanmadığını dilə gətirib. Lakin qeyd edib ki, hücum olarsa, onlar özlərini müdafiə etmək üçün hər şey edəcəklər. “Hücum olacağı təqdirdə Ermənistan özünü müdafiə etmək üçün hər şeyi edəcək. Bu gün biz ancaq müdafiəni təşkil etməklə məşğuluq. Ssenarilər fərqli ola bilər, biz hal-hazırda bütün ssenarilərə hazır olmaya bilərik. Lakin səylərimiz bütün təhdidləri neytrallaşdırmaq üçün kifayət qədər imkanlara malik olduğumuzu təmin etməyə yönəlib”.