Azərbaycan hər gün yarım milyon dollar itirir – Natiq Cəfərli

Azərbaycan hər gün yarım milyon dollar itirir – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Real Pariyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Neftin qiyməti 70 dollara qədər endi və ABŞ-ın OPEK+ dən istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır:

“OPEK+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə olaraq daxil olması deməkdir.


İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür – doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma, martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil.
Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma, bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq.

Hörmətli hökumət üzvləri, sizin “konfort zonasından” çıxıb ölkənin gələcəyi ilə bağlı ciddi islahatlar etmək fikriniz varmı, yoxsa, hələ də, “Allah kərimdir”, və ya, “müvəqqəti çətinliyə görə üzr istəyirik”, konsepsiyanızı davam etdirmək istəyirsiniz?!”.

Nigar