Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
TİA.AZ-ın məlumatına görə, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.
42 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Gərgin keçən həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Qurban Qurbanov Dünya çempionatının qızıl medalını qazanıb.
46 kq-da yarışan Nihad Məmmədli də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
Beləliklə, yeniyetmələrin Dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub.