“Azərbaycan GUAM-dan çıxmalıdır” – Prezidentliyə namizəd Fuad Əliyevbackend

“Azərbaycan GUAM-dan çıxmalıdır” – Prezidentliyə namizəd Fuad Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA-da Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin Azərbaycana münasibəti göstərdi ki, həqiqətən də bizim GUAM-da qalmağımızın heç bir əhəmiyyəti yoxdur. Mən bu fikri və təklifi İctimai Televiziyadakı çıxışımda da səsləndirmişdim, orada da qeyd etmişdim ki, bizim GUAM-da olmağımızın bir mənası yoxdur və əgər seçkidə qalib gəlsəm, xarici siyasət kursunda ilk addımlarımdan biri də Azərbaycanın GUAM-dan çıxarılması məsələsi olacaq.

Bu sözləri Tribunainfo.az-a prezidentliyə namizəd Fuad Əliyev söyləyib. Onun sözlərinə görə, AŞPA-da hər üç ölkənin Azərbaycanla bağlı mövqeyi kifayət qədər məyusedicidir və biz hesab edirik ki GUAM-da Azərbaycan bu il sədrlik etsə də bu dost bildiyimiz ölkələrin davranışı arxadan vurulan bir bıçaq zərbəsidir:

“Halbuki Gürcüstan da, Ukrayna da, Moldova da işğal problemi yaşayan ölkələrdir, eynən bizim kimi. Amma əfsuslar olsun ki, işğaldan əziyyət çəkən bu dövlətlərin AŞPA-dakı nümayəndə heyyətləri işğala məruz qalmış Azərbaycana bu münasibətdə ədalətsizliyə qoşuldular, haqsız mövqeyə qoşuldular. Ona görə də bizim GUAM-dakı fəaliyyətimizin heç bir perspektivi yoxdur”