“Azərbaycan Ermənistanla danışıqların müxtəlif müddəaları ilə bağlı vaxtaşırı açıqlamalar versə də, məndə belə təəssürat yaranıb ki, Bakı gözləmə mərhələsindədir”. Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi erməni deputat Tiqran Abramyandır.
O bildirib ki, Azərbaycan ABŞ-dakı yeni hökumətin konkret hansı mövqe tutacağını və Ağ Evlə quracağı əlaqələri gözləyir. “İndiyə qədər Tramp adminstrasiyası ilə Bakı arasında heç bir təmas baş verməyib. Azərbaycan bu əlaqələrin necə qurulacağı və hansı şəkidlə davam edəcəyini dəqiqləşdirir. Bundan sonra isə konkret addımlar atmağa başlayacaq”.