Azərbaycan gimnastları Dünya kubokunun qalibi olub

Azərbaycan gimnastları Dünya kubokunun qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) “Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

TİA.AZ xəbər verir ki,Azərbaycan Gimnastika Federasiyasından azxeber.com-a verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.

Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.