Azərbaycan futbolunun faciəsi: Stadionların yerində bina tikilir

Azərbaycan futbolunun faciəsi: Stadionların yerində bina tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi dünən İslandiya millisi ilə baş tutan görüşdən yenə məğlub ayrıldı. Millimiz İslandiyaya 0:2 hesabı ilə uduzdu. Növbəti məğlubiyyət sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bir çoxu bu məğlubiyyətləri ölkədə uşaq futbolunun inkişaf etməməsi, ona dəstək göstərilməməsi ilə izah edir.

Tribuna xəbər verir ki, radio aparıcısı, dj Tural Yusifov Azərbaycanın futbol üzrə yığma komandasının hər dəfə məğlub olmasını futbol meydançalarının yerində tikintilərin aparılması ilə izah edib. O bildirib ki, kiçik bir stadionluq da olsa uşaqlar üçün futbol oynamağa yer saxlamayıblar:

“Mən yaşadığım Hövsan qəsəbəsində uşaq və yeniyetməlik dövrümüzdə futbol oynadığımız bir meydança var idi. Bəli, ot örtüyü, süni meydança deyildi. Sadə torpaq örtük. Hamımız elə yerlərdə oynamışıq da. Bir çox uşaqlar elə yerlərdən böyük futbola keçid edib. Bu stadion keçmiş Suraxanı İH-in başçısı H.Abutalıbovun təşəbbüsü ilə salınmışdı.

Əlqərəz…Ənənəvi taktika ilə hərəkət etdilər. Əvvəl stadionun torpaq örtüyünün tikanla örtülməsinə göz yumdular. Stadionun yarısı tikanlığa çevrildi. Uşaqlar meydanın ikinci yarısında oynamasınlar deyə, o hissədə zibil qablarını sıra ilə düzdülər (peykdən çəkilmiş fotodan da görünür).

Stadion yalnız onun ətrafında qaçan və yaşlı insanların tonusda qalmaq üçün sürətli yürüş etməsi üçün yararlı qalmışdı. Və bir gün….əvvəl ətrafını hasarladılar. Və 1 ay içərisində stadion böyük bir tikili ilə əvəzləndi.

Siz də deyirsiz ki, niyə uduzuruq. Uşaqların futbol oynaması üçün artıq nə həyətlərdə, nə də kənarlarda yer qalmayıb.

Futbol meydançasında zibil qabları da simvolik idi. Bizim üçün futbolun yeri elə oradı”.

Gülşən Rəsul