Ötən gün “Eurovision” mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmanın rəsmi saytında Azərbaycanın birinci sırada səhnəyə çıxacağı açıqlanıb.
“X my heart” mahnısı ilə təmsilçimiz Aysel Məmmədova (Aisel) yarışmanın açılışını edəcək.
Qeyd edək ki, yarışmanın ilk yarımfinalı may ayının 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.