Yeni Zelandiyada keçirilən parlament seçkilərdə əslən Azərbaycandan olan Tofiq Məmmədov adlı namizəd ölkənin qanunverici orqanına seçilə bilməyib.
Yeni Zelandiyada keçirilən parlament seçkilərdə əslən Azərbaycandan olan Tofiq Məmmədov adlı namizəd ölkənin qanunverici orqanına seçilə bilməyib.
Bu barədə T. Məmmədov özü məlumat verib.
O ikinci yerlə kifayətlənməli olduğunu bildirib.
Oklend şəhərinin Botani seçki dairəsindən namizədliyini irəli sürən Leyborist partiyasının üzvü hakim Milliyət Partiyasından namizəd Ceymi Li Rossa uduzub.
T.Məmmədov seçiləcəyi təqdirdə seçki dairəsində nəqliyyat sistemini təkmilləşdirəcəyinə və sadə vətəndaşlar üçün daşınmaz əmlakı əlçatan edəcəyinə vəd vermişdi.