Ermənistanda nəşr olunan tirajlı “İravunk” qəzeti Azərbaycanın faktiki hərbi gücü və Ermənistanın ölkəmizin qarşısında duruş gətirmə imkanlarını araşdırıb. Tribunainfo.az xəbər verir ki, erməni nəşri bununla bağlı geniş məqalə paylaşıb.
Qəzet yazır ki, İrəvan özünü unudaraq Aİ-yə daxil olmağa çalışdığı halda, Azərbaycan Qarabağdan nümunə götürərək bütün Ermənistanı özünə götürə bilər.
“İravunk” ekspertlərə istinadən qeyd edir ki, bu proses bu il və ya gələn il baş verə bilər. “Əliyev üçün Ermənistanı fəth etmək çətin olmayacaq. Ola bilsin ki, üç günə yox, amma ən çoxu bir neçə həftə ərazində baş verəcək”.
Nəşr bildirib ki, Ermənistan potensial irimiqyaslı hərbi münaqişənin ilk günlərində təslim ola bilər.