Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib (VİDEO)

Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. Belə ki, sözügedən sərhəd dirəklərinə artıq tikanlı məftillər quraşdırılıb.
“Onsuz da indiyə qədər də keçə bilməzdilər, çünki orada sərhədçilər xidmət aparır”, deyə Paşinyan əlavə edib.
Qeyd edək ki, mayın 24-ü aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.