Аzərbaycan əhalisinin sayı açıqlanıb

Аzərbaycan əhalisinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 959 245 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.