Analitikdən İLGİNC təklif: Bakı Talibanla əlaqələrdən qopmamalıdır

Analitikdən İLGİNC təklif: Bakı Talibanla əlaqələrdən qopmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədə müxtəlif nəqliyyat dəhlizlərinə maraq göstərən Azərbaycan tək elə bu səbəbdən Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən politoloq Elxan Şahinoğlu Azərbaycanın Əfqanıstanda səfirliyinin fəaliyyətə başlamasının doğru qərar olduğunu bildrib.

“Bu ölkəyə təyin edilmiş səfir İlham Məmmədov Kabildə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Taliban real gücdür və kiçik istisnalarla ölkənin tamamına nəzarət edir. Talibanın paytaxt Kabili ələ keçirməsindən təxminən 3 ilə yaxın vaxt keçib. O zaman Kabili təcili tərk edənlər tədricən geri qayıtmağa başlayıblar. Bir sıra dövlətin səfirliyi Kabildə yenidən fəaliyyətə başlayıb, digərləri isə Talibanla təmasları davam etdirirlər. Talibanla ən sıx əlaqəsi olan ölkə Çindir.
Pekin Əfqanıstana yatırımlarının həcmini artırıb, bu ölkənin yeraltı sərvətlərinə və ərazidən keçən nəqliyyat dəhlizlərinə maraq göstərir. Bölgədə müxtəlif nəqliyyat dəhlizlərinə maraq göstərən Azərbaycan tək elə bu səbəbdən Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır”.

Roman