Azərbaycan ədəbiyyatı fənnini də rus bölməsində ana dilində tədris etməyə hazırlaşırıq.
Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Azərbaycan məktəbində dövlət hesabına təhsil alan şəxs Azərbaycan dilini mükəmməl bilməlidir”, – deyə nazir vurğulayıb.