“AZƏRBAYCAN DÖVLƏTİNƏ KÜRƏYİNDƏN BIÇAQ VURMAYIN…”- HƏRBİ ANALİTİKbackend

“AZƏRBAYCAN DÖVLƏTİNƏ KÜRƏYİNDƏN BIÇAQ VURMAYIN…”- HƏRBİ ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynində və fəaliyyətində xarici ölkəyə rəğbət bəsləyən, onun liderini, ideoloji sistemini, dilini və kultroloji keyfiyyətlərini daşıyan hər bir şəxs bir gün öz ölkəsinə – Azərbaycana qarşı çıxacaq. Ya əlində silah ya da təbliğatçı kimi…”

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə hərbi şərhçi Ramil Məmmədov çıxış edib. O bildirib ki, Azərbaycan vətəndaşı olan bir şəxsin qatilimiz olması böyük faciədir:

“Şübhəsiz ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdin həyata keçirilməsi adi məişət zəmnində törədilən hadisə deyil. Bu terrordur və bunun da arxasında xarici qüvvələr durur. Təəssüf ki, bu xarici qüvvələrin tətikçiləri çox zaman Azərbaycan pasportu daşıyan şəxslər olur. Əlbəttə, bu terrorla bağlı dövlətin müvafiq qurumları zəruri əməliyyat tədbiri həyata keçirərək, aparılan istintaqla cinayətin motivini aşkar edəcəklər. Bu baxımdan terrorun sifarişçisi, texniki tərəfləri haqda yazmaq fikrim yoxdur.
Mənim diqqətə çatdırmaq istədiyim amil bu hadisədən irəli gələn fərqli məsələdir. Nə qədər acıdır, deyilmi?! Azərbaycan vətəndaşı olan şəxsin qatilimiz olması? Bu böyük faciədir. Bəs səbəb nədir?
Bu sualın sadə cavabı var: Beynində başqa bir ölkəyə, onun liderinə, ideoloji sisteminə olan rəğbət. Düşünülmüş və ya düşünülməniş rəğbət.
Dəyərli soydaşlarım, beynində və fəaliyyətində xarici ölkəyə rəğbət bəsləyən, onun liderini, ideoloji sistemini, dilini və kultroloji keyfiyyətlərini daşıyan hər bir şəxs bir gün öz ölkəsinə – Azərbaycana qarşı çıxacaq. Ya əlində silah ya da təbliğatçı kimi…
Hansısa ölkəni bəyənin, oranın qaydalarını təqdir edin, amma sevməyin, bağlanmayın, təqlid etməyin. Bu zərərlidir. Özünüz də bilmədən milyonlarla soydaşımızın qanı və canı bahasına qurduğumuz Azərbaycan dövlətinə kürəyindən bıçaq vurmayın.

Heç bir ölkəni, onun rəhbərini yox, Azərbaycanı sevin…Yalnız Azərbaycanı…
İnanın, Azərbaycan Respublikası yoxdursa, hər birimiz quluq, hətta dost və qardaş saydıqlarımızın yanında…”.