“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) sahibi və operatoru Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olacaq.
Tribunainfo.az-ın xəbərin görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər ESTİS-in sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, operatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət olub.