Azərbaycan Dövlət İqtisad Universitetinin tenderi baş tutmadı

Azərbaycan Dövlət İqtisad Universitetinin tenderi baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dövlət İqtisad Universiteti” publik hüquqi şəxsin üzlük, vizitkaqabı, köynək, fincan, cildləmə avadanlığı və s. malların alınması üçün elan etdiyi tender baş tutmayıb.

Tribunainfo.az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 37 996 AZN olub.

Pravda.az