Ekspert Natiq Cəfərli Beynəlxalq Dəniz Təşkilatı (IMO) Azərbaycan Dövlət Dəniz və Liman Agentliyini “qara siyahı”sına salmasına münasibət bildirib.
N.Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı ciddi araşdırmaya ehtiyac var.
O bildirib ki, Agentliyin “qara siyahı”ya salınması işçilərin əmək hüquqlarının pozulması haqda şikayətlərinin IMO tərəfindən araşdırılması nəticəsində baş veribsə, Azərbaycanda da bu məsələ dərindən və daxildən yoxlanılmalıdır:
“Düzdür, bunun iş fəaliyyətinə elə də ciddi təsirləri olmayacaq. Amma Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin imicinə böyük zərbədir. Gələcəkdə böyük kontraktların imzalanmasına maneə yarada bilər, çünki IMO nüfuzlu bir təşkilatdır və bu təşkilatın “qara siyahısı”na düşmək heç də yaxşı deyil. Araşdırma aparılmalı, böyük arayış hazırlanmalı və beynəlxalq ictimaiyyətə təqdim edilməlidir”.