Azərbaycan doğru yolda inamla irəliləyirbackend

Azərbaycan doğru yolda inamla irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı şəhər Mədəniyyət Evində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının xalqın inamını qazanaraq ümumxalq partiyasına çevrildiyini bildirib. O, qeyd edib ki, Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün seçicilərin səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inandığını qeyd edib.

Deputatlığa namizəd Məşhur Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar barədə məlumat verib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən Məşhur Məmmədov vurğulayıb ki, bu mərhələdə də Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi ilə uğurlu və dinamik inkişaf davam edəcək.

YAP-ın namizədi bildirib ki, sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi Azərbaycanın qarşısında qoyduğu əsas hədəflərdən biridir. Qeyd edib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Masallı rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib”.

Çıxış edən seçicilər Xanım Əliyeva, Mehralı Əsgərli, Ağamməd Şənmədov və şəhid anası Mehriban Sultanova YAP-ın ölkənin rifahı naminə fəaliyyətini hər sahədə hiss etdiklərini, sabitliyin qarantı olduğunu qeyd ediblər.

Məşhur Məmmədov həmçinin, Masallı rayonu, Qarğalıq, Şatıroba və Qızılağac kəndlərinin seçiciləri ilə məhəllə görüşlər keçirib. Seçicilərin suallarını cavablandıran M.Məmmədov onları 1 sentyabrda fəallıq göstərərək layiqli namizədə səs verməyə səsləyib.