“Aqrokimya” MMC məhkəməlik olub.
32gun.az xəvər verir ki, ADY KONTEYNER MMC rəhbərliyi Gəncə Məhkəməsinə üz tutub.
Hakim Rəşad Məmmədovun icraatında olan məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Daşıma müqaviləsi üzrə mübahisələr ibarətdir.
Bildirək ki, nizamnamə kapitalı 9938.80 AZN olan şirkətin qanuni təmsilçisi RƏHMAN MƏMMƏDOV MƏMMƏD oğludur. Şirkət 07.11.2000-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.
ADY KONTEYNER isə nizamnamə kapitalı 5000829.57 AZN, qanuni təmsilçisi ƏKBƏR MƏDƏTLİ EYNULLA oğludur.
ADY Konteyner Rövşən Rüstəmovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyindədir.
Bildirilir ki, Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur.