“Azərbaycan Dəmir Yolları”na yazılan protokola baxılacaq tarix açıqlandı – Yenə gömrük qaydaları pozulub

“Azərbaycan Dəmir Yolları”na yazılan protokola baxılacaq tarix açıqlandı – Yenə gömrük qaydaları pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə dekabrın 18-də baxılacaq.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: Nizamnamə kapitalı 906 061 960 AZN olan QSC-nin qanuni təmsilçisi Rövşən Mürvət oğlu Rüstəmovdur.