“Azərbaycan Dəmir Yolları”na bağlı şirkət cərimələndi

“Azərbaycan Dəmir Yolları”na bağlı şirkət cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC-yə bağlı şirkət olan “Dəmiryolservis” MMC-yə protokol tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Dəmiryolservis” MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 499.1.5. maddəsinin tələbini pozub.

Tələbi pozulan maddə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə – inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.

“Dəmiryolservis”in işinə 12 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Əbdül