Bakı Kommersiya Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin “Fruit Sale” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC “Fruit Sale” MMC-ni məhkəməyə verərək sair işlər və digər məsələlər barədə tələb irəli sürüb.