Azərbaycan cüdoçusu Sadiq Hacıyev 2 illik diskvalifikasiya olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.
Cəzaya idmançı tərəfindən məkan məlumatı pozuntusuna yol verilməsi səbəb olub.
Qərarın qüvvəyə minmə tarixi 2023-cü il iyulun 31-i göstərilib. Sanksiya 2025-ci il iyulun 30-da bitəcək.