Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıblar.
Medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.
Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib, Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.
Qeyd edək ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub.