Azərbaycan çempionatında hakimlər döylüb-söyüldü

Azərbaycan çempionatında hakimlər döylüb-söyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA İntizam Komitəsi hakimlərə fiziki təzyiq göstərən və söyən futbolçu və məşqçiləri cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, Region Liqasının, “Şəki” – “Oğuz” matçında “Oğuz”un futbolçuları Ramin Əliyev və Fərid Abdullayev, Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Keşlə” matçında isə “Keşlə”nin futbolçusu Fərid Muxtarov hakimi təhqir edib. Hər 3 futbolçu 4 oyun cəza alıb.
Kapital Bank U-14 Liqasının “Təhsil” (Saatlı) – UGİM (Göyçay) matçında hakimi təhqir edən UGİM-in məşqçisi Elman Hüseynovun cəzası 3 oyun olub.
Futzal üzrə Azərbaycan çempionatının ikinci dəstəsinin “Atletiko Baku” – “Rəvan” matçında birincilərin məşqçisi Zaur Səmədov hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, hakimlər briqadasına fiziki təsir göstərməyə cəhd edib. AFFA məşqçini 10 oyun cəzalandırıb.
I divizionun IX turunun “Zaqatala” ilə oyununda isə “Səbail-2”in futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərib. AFFA onu 5 oyunluq cəzalandırıb, klubu 400 manat cərimə edib.