“İnter” və “Kəpəz” arasında keçirilən Topaz Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub.
“İnter” və “Kəpəz” arasında keçirilən Topaz Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub. TİA.AZ “Report”a istinadən xəbər verir ki, qeyri-adi qol “İnter Arena”dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.
Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən – təxminən 65 metr məsafədən topu “İnter”in qapısına göndərib. Bu qoldan sonra “Kəpəz” fərqi azaldıb – 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.