İran mediasında təkcə Zəngəzur dəhlizi deyil, eyni zamanda Əfqanıstanla Qərbi birləşdirəcək Lapis Lazuli dəhlizi məsələsi də aktiv müzakirə olunur.
Tribunainfo.az xəbər verir ki, Tehran mətbuatı mərhələli şəkildə onun da İran üçün “təhlükə” yaratdığını qeyd etməyə başlayıb.
“Tasnim” agentliyinin bununla bağlı yayınladığı yazıda qeyd edilir ki, 2017-ci ildən etibarən gündəmə gələn layihə Azərbaycanın təşəbbüsü ilə yenidən qaldırılıb. “Bu dəhliz Azərbaycanın üzərindən keçərək, Əfqanıstanla Avropanı birləşdirəcək. Görünür, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək bütün dəhlizləri əlində cəmləşdirməyə çalışır”.
Fərda Uğur