Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.
Tribunainfo.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Gündəliyə əsasən, iclasda “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsi müzakirə olunacaq.