backend

“Azərbaycan bizi parça-parça etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirən bloqer Aleksandr Lapşin dünən axşam Minskdən Bakıya ekstradisiya olundu. 
Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirən bloqer Aleksandr Lapşin dünən axşam Minskdən Bakıya ekstradisiya olundu.

TİA.AZ xəbər verir ki, Lapşinin Bakıya ekstradisiyası Ermənistanda ciddi təşviş yaradıb.

Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan Belarusdakı səfirini təcili şəkildə geri qaytarmalıdır. O, həmçinin, parlament rəhbərliyini Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinə töhmət verməyə çağırıb. Safaryan hesab edir ki, AŞPA-da erməni nümayəndə heyəti Azərbaycan və Belarusun Lapşinlə bağlı addımını qaldıra bilməyib.

“İrs” partiyasının mətbuat katibi David Sanasaryan hesab edir ki, Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək: “Lukaşenko Lapşini Azərbaycana verdi. Bu onu göstərir ki, bizim diplomatik təsirimiz Belarus prezidentini dayandıra bilmədi. Əgər bütün bunlardan sonra Ermənistan tərəfi sərt reaksiya verməyəcəksə, bu, onu göstərəcək ki, Azərbaycan bizi 10:0 hesabla parça-parça böldü, sındırdı. Xaricilər daha Qarabağa gəlməyəcəklər”.

D.Sanasaryan qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya iqtisadi İttifaqındakı müttəfiqi əslində Azərbaycanın müttəfiqidir.

“Bu iki təşkilatda təmsil olunan ölkələrin hamısı Azərbaycanın müttəfiqidir”, – deyə o vurğulayıb.