“AZƏRBAYCAN BEYNƏXALQ BANKI”NDAN ŞİKAYƏTLƏR VAR… (FOTO)

“AZƏRBAYCAN BEYNƏXALQ BANKI”NDAN ŞİKAYƏTLƏR VAR… (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bank” miles premium kartım heç bir xəbərdarlıq olmadan bağlanıb. Kartımda olan 600 manata yaxın miles mənimsənilib.Tirbunainfo.az yazır ki, bu problemlə vətəndaş Mehman Quliyev üzləşib. O bildirib ki, 600 manata yaxın milesi geri ala bilmir:”Müştəriyə bildirmədən kartımı bağlamısınız. Kartımda olan 600 manata yaxın mil-i mənimsəmisiniz. Naxçıvan filialına yaxınlaşmışıq, hesabdakı qalıq məbləği çəkə bilərsiz deyirlər, amma mili dəyişə bilmərsiz deyə cavab aldıq”.

Vətəndaş Səxavət Əhməd isə bildirib ki, ABB çox məsuliyyətsiz bankdır:

“Kəşbekimi mənimsədilər, geri də vermirlər. Sübut edirəm oğurlularını, amma boyunlarına almırlar”.

Səkinə Məmmədov isə bildirib ki, çox məsuliyyətsiz bank olan ABB xəbərdarlıq etmədən kartdan pul silir:

“Nə vaxt təcili pul köçürmək lazım olsa, tərbiqetmədə təkmilləşdirmə gedir. Bu barədə də heç vaxt məlumat vermirlər. Etibar ediləsi bank deyil”.