“Azərbaycan Beynəlxalq Bankı”nın su çərşənbəsi münasibətilə keçirdiyi kampaniya yalan çıxıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Tərlan Əziz yazıb. O bildirib ki, kampaniyadan yararlanmq istəsə də, mümkün olmayıb:
“Azərbaycan Beynəlxalq Bank”ın su çərşənbəsi kampaniuasından yararlanmaq istədim. Şərtlərə uyğun ödəniş etdim. Guya 10 faiz keşbek qayıtmalı idi, qayıtmayıb. 3 gün keçib üstündən. Qaynar xəttə yazıram dəstəyə yönləndirir, dəstək isə cavab vermir”.
Qarşı tərəfin də mövqeyini işılandırmağa hazırıq.
Nigar