“Azərbaycan Beynəlxalq Bank”dan biznes kartı sifariş verən bank maştərisi peşman olub.Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan şikayətçi Könül Salmanova bildirib ki, 9 gündən çox vaxt keçib, bank kartı hazır edə bilmir:
“Şikayətim ABB bankdandır.
Hesabımıza bağlı bizness kart sifariş vermişəm. Saytlarında nə təklif etdikləri kartlar barəsində məlumat var, nə də ayrıca hesab açma kimi tələb. Rahat bir şəkildə sifariş verdim, 45 manatı çıxdılar. Sifariş tarixindən 9 gün keçib, kart saytda hazır göstərir, lakin özləri deyi ki, kart gəlməyib.
Bankın əməkdaşı kobud halda deyir ki, siz niyə özbaşına biznes kart sifariş vermisiz? Bizness kart sifariş vermək üçün banka zəng eləmək lazım olduğunu bilmirdim. Neçənci bankdır işləyirəm və heç vaxt belə bir problemlə rastlaşmamışam.
Və bu azmış kimi deyir ki, o sifariş verdiyiniz debet kartdı. Debet kartdırsa, onda niyə Bizness Kartlari bölməsində+45 AZN Bizness kartın ödənişi cıxılmış halda yerləşdirmisiz? Elədirsə pulu ya hesaba qaytarın, yenisini sifariş verək. Onsuz da 9 gündür bir kartı hazır edə bilməmisiz. Ütəlik debet kartdısa niyə 45 manat ödəməliyəm??”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman