“Azərbaycan Beynəlxalq Bankı”n xidmətlərindən və əməkdaşlarından narazılıq-FOTObackend

“Azərbaycan Beynəlxalq Bankı”n xidmətlərindən və əməkdaşlarından narazılıq-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bank”ın müştəriləri bankın xidmətlərindən, əməkdaşlarının fərasətsizliyindən narazılıq edir.

Tribunainfo.az xəbər verir ki, öz şikayətini sosial şəbəkədə bank müştərisi Tofiq İskəndərov yazıb. O bildirib ki, üzləşdikləri problem barədə bank əməkdaşlarına da bildiriblər, ancaq problem həllini tapmır:

“Şikayətim “Azərbaycan Beynəlxalq Bank”dandır. Problemlə bağlı əlaqə saxlayıb məlumat vermişik, deyirlər, həmin vaxt çətinlik olub. Sonra bildiriş gəldi ki, problem aradan qalxdı. Yoxlayırıq ki, aşağıdakın ödənişlərdən bir neçəsi 1.3 əmsalına vurulmayıb. Dəfələrlə məlumat vermişik, ancaq köməklik göstərən yoxdur. “Call center”lə də əlaqə saxlamışıq, heç bir köməklik göstərən yoxdur”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar