“Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, bu dəfə bankla bağlı iddianı Hacıyeva Gülüm Əsgər qızı qaldırıb. İşin mahiyyəti İşin mahiyyəti müqaviləərin ləğv edilməsidir. İddiaçı bankla bağladığı müqavilələrə xitam verilməsini istəyir.
“ABB” ilə bağlı iş baxılması üçün Bakə Apellyasiya Məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Günay Axundovanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı qarşıdakı 30 gün ərzində 261 prosesə baxılacaq. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovdur.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar