“Azərbaycan Beynəlxalq Bankı” “Kristal Abşeron” MTK-nı məhkəməyə verib orada yaşayan iki nəfərin mənzilini əlindən almaq istəyir.
Tribunainfo.az yazır ki, bank MTK ilə yanaşı Quliyeva Həmidə və Mənsumov Kamilə qarşı iddia qaldırıb.
İşin mahiyyəti ipoteka müqaviləsi üzrə yaranmış mübahisələrdir. Bank vətəndaşın yaranmış ipoteka borcunun ödənilməsi üçün onun əmlakına yönəldilməsini istəyir.
Vətəndaşın mənzilinin əlindən alınmasına çalışan “Azərbaycan Beynəlxalq Bankı” ötən ildən məhkəmələrdədir.
Tərəflər arasında növbəti 5-ci proses 21 iyun tarixində baş tutacaq. İşə hakim Lalə Rəhimlinin sədrliyi ilə baxılacaq.