“Azərbaycan Beynəlxalq Bankı” bu qaydanı pozdu

“Azərbaycan Beynəlxalq Bankı” bu qaydanı pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxaq Bankı” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, ABB-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozduğu məlum olub. Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Protokola 16 iyul tarixində Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Anar İbadzadənin icraatındadır.

Bankın mövqeyini işıqlandırmğa hazırıq.

Nigar