Azərbaycan Beynəlxalq Bankı Azay Quliyevə rəqib çıxardı – Seçkibackend

Azərbaycan Beynəlxalq Bankı Azay Quliyevə rəqib çıxardı – Seçki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 saylı Binəqədi I Seçki Dairəsində namizədlər arasında heç də zəif olmayan bir neçə fiqur var. Tribunainfo.az-ın xəbərinə görə, deputat Azay Quliyev onlardan biridir. Lakin onun rəqibləri Müsavat Partiyasından Mustafa Hacılıdır. O, Arif Hacılının qardaşı və Qarabağ qazisidir.

Digər rəqibi isə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğludur. Hərçənd, onun şansının az olduğu bildirilir.

Bundan başqa, Ümid Partiyasinın funksioneri, “KOMİ FOREST” MMC-də menecer kimi fəaliyyət göstərən Tamilla Qulami də seçkilərdə aktiv tərəfdir.

Təbii ki, YAP-ın da bu dairədən namizədi var – Həcər Mirzəyeva. O, Milli Aerokosmik Agentliyinin baş mütəxəssisidir. Böyük ehtimalla onun namizədliyi sadəcə, namizədlik üçün irəli sürülüb.

Və ən nəhayət, Beynəlxalq Bankın əməkdaşı, uzun müddət bank sektorunda çalışmış Mehrac Sarıxanlı da bu seçki dairəsində gücünü sınayır. Maraqlıdır ki, Sarıxanlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunlarındandır. Həmçinin Azərbaycan Tələbə Gənclər İttifaqı İctimai Birliyinin də fəal tərəfdaşlarındandır.

Beynəlxalq Bankda önəmli postlardan birinin tutan Sarıxanlının bank tərəfindən namizədliyinin dəstəklənməsi istisna edilmir. Güman ki, ABB də parlamentdə təmsilçisinin olmasını arzulayır və bu səbəbdən də əməkdaşının seçkiyə qatılmasına razılıq verib. Hər halda ABB-nin də mövqeyini dərc etməyə hazırıq.