“Azərbaycan Beynəlxalq Bank” müştərisi şikayətçidir…backend

“Azərbaycan Beynəlxalq Bank” müştərisi şikayətçidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bank”ının müştərilərinin, kart istifadəçilərinin şikayət və problemləri artmaqda davam edir. Sözügedən bank müştərisi Fuad Məmmədov da belə problem yaşayanlardandır. O bildirib ki, deaktiv etdirdiyi kart hələ də aktiv görünür.

Tribunainfo.az xəbər verir ki, şikayətçi F.Məmməddov bununla bağlı bank əməkdaşına müraciət etsə də, belə bir şeyin mümkün olmadığını bildiriblər:

“Hörmətli “ABB”, tam kart kredit istifadə edirdim, kartın öz vaxtı 2025-ci ilə qədər olsa da aprel ayının 1-i kredit xəttinin vaxtı bitdi. May ayının 17-si Əcəmi filialına yaxınlaşaraq kartın özündə deaktiv olması üçün ərizə yazdım, bankın əməkdaş kartın görünməməsi üçün deaktiv etdi və mənə kartı doğrayıb tullamağı məsləhət gördü. Bu gün bankın yeni məhsulu olan Tam digi kartını (debet) əldə etdim. E-manat vasitəsi ilə karta pul əlavə etmək üçün cif kodu və fin kodu daxil etdikdə daha öncə adıma olan tam kredit kartının hələ də aktiv olduğunu və aparatın seçim olaraq o kartı təqdim etdiyini gördüm. Zəng edərək ABB əməkdaşına bildirəndə, belə bir şeyin mümkün olmadığını dedi. İndi mənə maraqlıdır, necə olur ki, əməkdaşın deaktivdir dediyi kartı e-manat mənə aktiv kimi təqdim edir?”.

Bankın mövqeyini işıqlandlanmağa hazırıq.

Nigar