“Azərbaycan Beynəlxalq Bank” müştərisi şikayətçidir – Fotobackend

“Azərbaycan Beynəlxalq Bank” müştərisi şikayətçidir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Azərbaycan Beynəlxalq Bankı”ndandır. Bu bank app idarə edə bilmir. Ödənişi edirsən, 2-3 gün sonra borc çıxarır ortaya. Hələ bir sms də yazır ki, faiz hesablanan borcunuz var, ödəyin. Şəxsi kabineti izləyirəm. Orda borc göstərmir, ya da aylıq borcum nə qədərdisə o. Ödəyirsən, 3 gün sonra faiz hesablanan borc çıxarır ortaya.

Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bank müştərisi Sevin Zadə adlı şəxs üzləşib. O bildirib ki, bankın operatorları da cavab vermir:

“Operator deyir ki, siz əgər ödənişi terminaldan etməmisinizsə, saat 14:00-a kimi etməmisinizsə, 4,5 gün ərzində təstiq olunur ödənişinizin. Ona kimi də üstünə faiz gəlir. Belə adam soymaq olar? Sənə nə dəxli mən ödənişi haradan edirəm, hansı kartla edirəm? Sənə pul lazım deyil? Pulunu ödəyirəm də.
Bilməmişdik, ABB üçün budilnik qurub, ancaq müəyyən terminaldan ödəniş edəcəkdik. Hansı dövrdür ki, 4,5 günə ödəniş təstiq olunsun? Dünya nələrlə məşğuldur, bunlar 4,5 günə təstiq edir. Özü də operator deyir ki, bu qarşı bankın problemidir. Onlar gec verir. İzah edirəm ki, bu problem ancaq sizin karta ödəniş edəndə olur. Demək, qarşı tərəfi yalandan günahlandırırsız. Problem sizdədir.
Ən aşağı idarə etmə sizin app-dədir, ABB. Zəhmət çəkin ya bu app’i idarə etməyi öyrənin, ya da ləğv edin ümumiyyətlə”.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı bu ilk şikayət və problem deyil. bankla bağlı davamlı olaraq belə şikayətlər olur.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.

Nigar