“Azərbaycan Beynəlxalq Bank”dan şikayət var-FOTO

“Azərbaycan Beynəlxalq Bank”dan şikayət var-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı”na kredit borcunu ödəyənlər poblem yaşayır. Ödəniş oturmur, bank əməkdaşları isə müştərilərə heç bir köməklik göstərmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Pərvin Əkrəm qızı yazıb. O bildirib ki, 5 gün əvvəl kredit ödəsə də, hələ də hesaba oturmayıb:

““Azərbaycan Beynəlxaq Bankı”, ayın 3-ü mən kredit kartıma məbləği yükləmişəm və tam krediti ödəmişəm. Amma hələ dı oturmayıb balansa. Dəfələrlə müraciət etmişəm, baxmirlar, bizlik bir şey yoxdur sistem bele işləyir, deyirlər.Tələsməyimin səbəbi odur ki, limitimi azaltmaq istəyirəm, amma yubadırlar. Çox qəribədir ki, limiti artırmağı avtomatik edirlər, amma azaltma olanda süründürürlər. Daha hər defə appa baxmaqdan yoruldum, hec bir dəyişiklik yoxdu. 3 iş günü demişdilər, artıq 5 gün keçib, amma hələ də problem yaradırlar”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar